İQTİSADİYYAT


Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 722,3 manat təşkil edib

Bakı, 18 iyun, AZƏRTAC

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.