DÜNYA


Myanmada sərnişin təyyarəsi qəza enişi edib

Bakı, 12 may, AZƏRTAC

Myanma hava yollarına məxsus “Embraer 190” tipli təyyarə Mandalay şəhər hava limanında ön şassinin açılmaması səbəbindən qəza enişi edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 80 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.

Bildirilir ki, təyyarə paytaxt Yanqondan Mandalaya uçurmuş. Yerli vaxtla səhər 9:00 radələrində pilotlar enişə başlayarkən ön şassinin açılmadığını müəyyən ediblər. Pilotların ustalığı sayəsində təyyarə qəzasız eniş edə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.