DÜNYA


NATO üzvü olmayan dövlətlərin silahları Alyansın cəbbəxanasına daxil edilə bilməz

Praqa, 10 iyun, AZƏRTAC

Çexiyanın İsraildən almaq istədiyi mobil radarlar NATO-nun ümumi silahlar sisteminə daxil edilə bilməz.

AZƏRTAC xəbər verir ki, Şimali Atlantika Alyansının təhlükəsizlik üzrə xüsusi komitəsi (ASAB) bu qənaətə gəlib. Əsas səbəb mobil radarların NATO-nun üzvü olmayan dövlətdə istehsal edilməsidir.

Çexiya İsrailin “Elta Systems” şirkətinə 140 milyon avro dəyərində səkkiz mobil radar sifariş etmək qərarına gəlib. Çex Respublikası Ordusunun Baş Qərargah rəisi Alyoşa Opatanın sözlərinə görə, NATO-nun qərarı yeni informasiyadır. O deyib: “Ümidvaram, məsələ beynəlxalq səviyyədə Çex Respublikasının xeyrinə həll ediləcək”.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.