SİYASƏT


NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ

Finlandiya nümayəndə heyəti həmin gün Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

Azərbaycan hökumətinin başçısı ümidvar olduğunu bildirmişdir ki, Finlandiya nazirinin səfəri ikitərəfli münasibətlərin genişlənməsinə təkan verəcəkdir. Azərbaycan-Finlandiya iqtisadi əlaqələrinin istənilən səviyyədə olmadığını xatırladan Baş nazir qeyri-neft sektorunun inkişafında ölkəmizin Finlandiyanın təcrübəsinə maraq göstərdiyini vurğulamışdır. O demişdir ki, Finlandiya “Şimal-Cənub” və TRASEKA kimi iri nəqliyyat layihələrində daha fəal iştirak edə bilərdi.

Baş nazir ölkəmizdə aparılan iqtisadi islahatlardan, ictimai-siyasi sabitliyin bərqərar edilməsindən danışaraq, eyni zamanda vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması respublikamız üçün başlıca problem olaraq qalır.

Erkki Tuomioyya Finlandiyanın müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları və kommunikasiyalar sahəsində Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirmişdir. O demişdir ki, indiki səfər zamanı Azərbaycanda sərmayə qoyuluşunun perspektivlərini öyrənmək üçün Finlandiyanın iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi barədə razılaşma əldə olunmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.