ELM VƏ TƏHSİL
NEFTÇALANIN MAYAK KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI TİKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Neftçalanın Mayak kəndində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 16 otaqlı, 132 yerlik yeni məktəb binası tikilmişdir.
“Neftçala Kəndtikinti” Açıq Səhmdar Cəmiyyəti inşaat işlərini nəzərdə tutulduğundan bir ay tez yerinə yetirmişdir.
Bu təhsil ocağı əvvəllər uyğunlaşdırılmış binada yerləşirdi. Yeni dərs ilindən şagirdlərin ixtiyarına veriləcək məktəbdə kitabxana və həkim kabineti də fəaliyyət göstərəcəkdir.
Kənd sakinləri təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirirlər.