CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini tutulub

Bakı, 26 aprel, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Digah kənd sakini, əvvəllər məhkum olunan R.Nəhmətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən kombi, su mühərriki və mobil telefon, 1 yardımçı təsərrüfatdan 4 ev quşu, 1 həyətdən 600 manat dəyərində velosiped və 1 mağazadan isə 300 manat pul oğurlaması da müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.