REGİONLAR


Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yüksək riskli cərrahi əməliyyat aparılıb

Naxçıvan, 5 iyun, AZƏRTAC

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsdə uğurla yerinə yetirilən əməliyyatlar sırasına yenisi əlavə olunub. Belə ki, mərkəzin həkim briqadası və orta tibb işçisi heyətinin komanda şəklində çalışması nəticəsində aparılan əməliyyat və göstərilən tibbi müdaxilə uğurla başa çatıb.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bir neçə gün əvvəl Naxçıvan şəhər sakini müəssisəyə boynun ön səthində şişəbənzər törəmənin olması, boğulma hissi, ürəkdöyünmə, səbəbsiz əsəbiləşmə, yuxu pozuntusu, tərləmə və udqunma zamanı çətinlik çəkmə şikayətləri ilə mərkəzə müraciət edib. Həkim-endokrinoloq Mətanət Səfərovanın yönləndirməsi ilə mərkəzdə aparılan müvafiq laborator, ultrasəslə müayinələrə əsasən xəstəyə düyünlü zob diaqnozu qoyulub, dərhal antitiroid müalicə başlanılıb və 15 gün sonra xəstə cərrahi əməliyyata hazır vəziyyətə gətirilib.

Ümumi cərrah Nazim İbrahimov və anestezioloq-reanimatoloq Ənvər Şıxəliyev tərəflərindən total tiroidektomiya əməliyyatı icra olunub. Yüksək riskli bu əməliyyat uğurla başa çatdırılıb, əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyəti nəzarət altına alınıb və yaxşılaşma ilə evə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.