REGİONLAR


“Naxçıvan” Universitetinin zəka sahibləri güclərini sınayıblar

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

“Naxçıvan” Universitetinin tələbə gənclər təşkilatı tərəfindən “Şahmatçılar klubu”nun üzvləri arasında keçirilən şahmat yarışı başa çatıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə, universitetin iqtisadiyyat fakültəsinin tələbəsi Süleyman Məmmədov I, maliyyə ixtisasının ikinci kurs tələbəsi II, Mühasibat uçotu və audit ixtisasının birinci kurs tələbəsi Məhəmməd Həsənli III yerə çıxıblar.

Qaliblərə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.