Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib VİDEO

Naxçıvan, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının çoxşaxəli inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən, müstəqillik illərində Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən danışıblar. Qeyd olunub ki, bu gün muxtar respublika sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir. Naxçıvanda ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, kütləvi informasiya vasitələrini də əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla reallaşdırılması, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.

Qeyd olunub ki, teleradio verilişi, qəzet məqaləsi, rəsm əsəri, ədəbi yaradıcılıq, musiqi və elmi məqalə kateqoriyaları üzrə keçirilən müsabiqəyə 81 iştirakçı tərəfindən 21 teleradio verilişi və videoçarx, 28 qəzet məqaləsi, 21 rəsm əsəri, 15 ədəbi yaradıcılıq və 12 elmi məqalə olmaqla, ümumilikdə, 97 material təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Gənclər Fondu tərəfindən keçirilən müsabiqənin Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Mətbuat Şurasının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti formalaşdırılıb. Müsabiqəyə təqdim olunan işlər bədii səviyyəsi və keyfiyyəti, ideyanın orijinallığı, savadlı kompozisiya həlli, işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması, yaradıcı yanaşma və digər meyarlar əsasında qiymətləndirilərək qaliblər müəyyənləşdirilib. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 birinci, 2 ikinci, 3 üçüncü və 4 həvəsləndirici yer müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında deyib ki, Naxçıvan Muxtar Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçib. Muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işləri aparılıb, yollar, körpülər, müasir binalar salınıb və ya yenidən qurulub, istehsal müəssisələri yaradılıb, on minlərlə yeni iş yeri açılıb, iqtisadiyyatın sürətli inkişafı təmin olunub. Məktəblər, xəstəxanalar, idman kompleksləri inşa edilib, elektrik, qaz və su təminatı yaxşılaşdırılıb, bir sözlə, bütün sahələrdə əsaslı inkişaf əldə olunub. Muxtar respublikanın şəhər mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində də infrastruktur yenilənib, müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri istifadəyə verilib, kənd əhalisinin sosial rifah halı yaxşılaşdırılıb.

“Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, tarixi abidələrə, mədəniyyətə, incəsənətə qayğı da yüksək səviyyədə olmuş, tarixi abidələrin qorunması, bərpası, tədqiqi və təbliği sahəsində mühüm işlər görülmüşdür. İkinci ömrünü yaşayan tarix-mədəniyyət abidələri heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmamış, xalqımıza tanıdılmamış, təbliğ edilməmişdir”, - deyən Rəhman Məmmədov bildirib ki, görülən işlər sayəsində Naxçıvan Muxtar Respublikası tarixi simasını saxlamaqla, günü-gündən dəyişir, yeniləşir, müasirləşir, inkişaf edir. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunur.

Vurğulanıb ki, muxtar respublikanın bu gününü dünənindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin və digər yaradıcılıq təşkilatlarının fəaliyyətinin gücləndirilməsidir. Ötən müddət ərzində muxtar respublikada gənc alim, jurnalist və rəssamların yetişməsi, ədəbi mühitin inkişafı diqqət mərkəzində saxlanılıb, onların yaradıcılıq imkanları xeyli genişləndirilib. Yaradıcılıq təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, həm də bu sahədə çalışanlara daim mənəvi dəstək verilib, onların fəaliyyəti yüksək qiymətləndirilib. Artıq muxtar respublikadakı mövcud yaradıcılıq mühiti hər kəsə istənilən mövzuda sərbəst material hazırlamağa, araşdırma aparmağa imkan verir. Bunun da nəticəsində muxtar respublika reallıqları televiziya və mətbuat orqanlarında, rəsm və ədəbi yaradıcılıq nümunələrində olduğu kimi əksini tapır.

Rəhman Məmmədov deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinin əsas məqsədi də muxtar respublikanın inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaqdan ibarət olmuşdur. Müsabiqəyə 81 iştirakçı tərəfindən 97 material daxil olmuşdur. Sevindirici haldır ki, müsabiqədə gənclər fəallıq göstərmiş, Naxçıvanın dünəni ilə bu gününü təqdim etdikləri materiallarda geniş müqayisə etmişlər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinin qaliblərini təbrik edib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Naxçıvanın dünəni ilə bu günü arasında müqayisəolunmaz fərqlər var. Blokadadan yüksək inkişafa, tərəqqiyə doğru addımlayan muxtar respublikamız nümunəvi bir regiona çevrilib. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin rifah halının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Müasir Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi kimi qurulur, inkişaf edir və müasirləşir.

Diqqətə çatdırılıb ki, muxtar respublika mediası da bu gün inkişaf dövrünü yaşayır. Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşub, onun maddi-texniki bazası xeyli gücləndirilib, binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan televiziyasının yüksəkkeyfiyyətli HD formatda yayımına başlanıb. Bu il noyabrın 17-dən isə televiziya internet üzərindən yayımlamır. Muxtar respublikanın mətbuatı da diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilib. Milli mətbuatımızın 135 illik yubileyində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib, əməkdaşlara müasir iş şəraiti yaradılıb, qəzetlərin rəngli nəşrinə başlanıb.

Çıxış edənlər qalibləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

Müsabiqənin nəticələrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin folklorşünaslıq şöbəsinin müdiri şair Elxan Məmmədov birinci, AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Fərhad Zamanbəyov və Elçin Məmmədov ikinci, “Şərq qapısı” qəzetinin müxbiri Səbuhi Hüseynov, Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsinin müdiri Mehriban Sultan və rəssam Mirilqar Seyidov üçüncü yerə layiq görülüblər. Qaliblərə pul mükafatı və diplomlar təqdim olunub.

“Oğuz səsi” qəzetinin baş redaktoru Şəhla Nəbiyevaya, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin müəllif proqramları və xüsusi layihələr redaksiyasının baş redaktoru Ruhiyyə Rəsulovaya, rəssam Gülçöhrə Bağırovaya, Naxçıvan Dövlət Radiosunun əməkdaşı Türkanə Ağayevaya həvəsləndirici mükafatlar verilib.

Müsabiqənin bütün iştirakçılarına xüsusi diplomlar təqdim olunub.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının müşayiəti ilə kollecin müəllimi Samir İsmayılovun ifasında səsləndirilən “Xalq Heydər söyləyəcək”, “Naxçıvan”, kollecin tələbəsi Əfsanə Babayevanın ifa etdiyi “Dinlə məni, sevgilim” mahnıları, kollecin tələbələrinin “Yallı” rəqsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

“Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb