REGİONLAR


Naxçıvanlı idmançı ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olub

Naxçıvan, 13 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Ağır Atletika bölməsinin yetirməsi Tərmenxan Babayev 96 kiloqram çəki dərəcəsində ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən yarışda Tərmenxan Babayev bu uğura 290 kiloqram (135+155) nəticə ilə imza atıb.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.