İDMAN


Nazir Fərid Qayıbov: Hər kəsi İslamiadada qazanılmış medallara görə təbrik edirəm

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Hər kəsi qazanılmış medallara görə təbrik edirəm. Hər bir idmançı fəxri kürsüyə qalxmaq istəyir. Bilirdik ki, bəzi idman növlərində medal şansları o qədər yüksək deyil. Həmin idmançılar finala çıxmasalar belə, güclü mübarizə apardılar. Onlara da öz təbriklərimi çatdırıram.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərindəki Atletlər Kəndində təşkil olunmuş “Azərbaycan günü”ndə jurnalistlərə müsahibəsində deyib.

Nazir söyləyib: “İslamiadada 22 idman növündə təmsil olunuruq. Deyə bilmərik ki, bizdə bütün idman növləri tarix boyu güclü olub və həmişə medallar qazanmışıq. Bilirsiniz ki, bir çox federasiya yenidən qurulub. Yeni rəhbərliklərlə mütəmadi görüşür, strategiyanı müzakirə edirik. Federasiyalar çox yaxşı işləyirlər. Onların işindən razıyam. Yaxşı menecment yaranıb. Bunun nəticəsi olaraq, hər bir idman növündə şanslar görürük”.

F.Qayıbov Konyada komanda üzvləri arasında çox yaxşı ab-hava olduğunu bildirərək deyib ki, məşqçilər, idmançılar hər gün yığışıb medalçıları qarşılayır, ad günlərini qeyd edirlər. Hər birinə minnətdarlığımı bildirirəm. Siz jurnalistlərə təşəkkür edirəm ki, idmançıların uğurlarını işıqlandırırsınız. İdman könüllülərimiz burada elə ab-hava yaradıblar ki, idmançılarımız özlərini evdə hiss edir. İndiyədək hər şeydən razıyıq. Ümid edirik ki, belə də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.