REGİONLAR


Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov yanvarın 24-də, saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Neftçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38), Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.