CƏMİYYƏT


Nazir Sahil Babayev: Azərbaycan ilə Türkiyə hər bir sahə üzrə münasibətləri ən yüksək səviyyədə qurubVİDEO

İstanbul, 19 may, AZƏRTAC

Bu gün Azərbaycan və Türkiyə arasında sosial məsələlər, əmək və məşğulluq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası keçirildi. Bu iclas çərçivəsində ölkəmizdə və Türkiyədə sosial məsələlər, əmək və məşğulluq sahəsində əldə olunan təcrübələr bölüşüldü, yeni proqramlar, mexanizmlər və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində ətraflı müzakirələr aparıldı. Bu müzakirələrin nəticəsində hazırlanan qarşılıqlı sənədlər imzalandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

İmzalanan tədbirlər planının 18 istiqamətdən ibarət olduğunu bildirən nazir deyib: “Hesab edirik ki, bu proqramın icra edilməsi ölkələrimiz arasında sosial sahələr üzrə əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Bildiyiniz kimi, Azərbaycan ilə Türkiyə həm qardaş, həm də müttəfiq olmaqla yanaşı, hər bir sahə üzrə ən yaxın münasibətləri yüksək səviyyədə qurmuş ölkələrdir. Məhz bu mənada sosial, əmək və məşğulluq sahələri üzrə bu əməkdaşlığı daha da dərinləşdirmək üçün müvafiq işlər görüləcək”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.