İQTİSADİYYAT


Neft Fondunun Şimali Amerika və Asiya-Sakit Okean ölkələrinə investisiyaları artıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Şimali Amerika və Asiya-Sakit Okean ölkələrinə investisiyaları artırıb.

AZƏRTAC Neft Fondunun 2021-ci ilin ilk rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il aprelin 1-nə ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 25,89 faizi Şimali Amerika ölkələri təşkil edib. Ötən ilin sonuna olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 24,96 faizi Şimali Amerika təşkil edirdi.

Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları da artıb. Belə ki, cari ilin birinci rübünün sonuna Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici keçən ilin sonuna nisbətən 23,48 faizdən 23,8 faizə yüksəlib.

Bu müddətdə fondun Avropaya investisiyaları üzrə göstərici 29,26 faizdən 29 faizə enib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.