İQTİSADİYYAT


Neft və neft məhsullarının ixracı azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandan 18 milyon 771,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 8 milyard 498,8 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ölkədən 20 milyon 746,7 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 6 milyard 793,2 milyon dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.