HEYDƏR ƏLİYEV - 100


Neftçalada konfrans: “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”

Neftçala, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq, Neftçala rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Neftçala şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Ulu Öndərin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilinin tarixində müstəsna xidmətlərə malik şəxsiyyət olduğunu vurğulayıb. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən danışılıb. Ulu Öndərin 1990-cı illərin əvvəllərindən başlayaraq azərbaycançılıq ideologiyasının inkişafı üçün əvəzsiz işlər görməklə tarixə düşdüyü vurğulanıb. Xüsusilə müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyasının əvəzedilməz vasitə olduğu iştirakçıların diqqətinə çatdırılıb. Ulu Öndər Heydər Əliyevin bu müdrik sözləri bir daha xatırladılıb: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!”.

Konfrans qonaqların Ulu Öndər Heydər Əliyev haqqında xatirələri ilə və sual-cavab formatında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.