İDMAN


“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov istefa verib

Bakı, 11 noyabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər.

AZƏRTAC kluba istinadla xəbər verir ki, C.Sultanov və F.Məmmədov bununla bağlı “Neftçi”nin rəhbərliyinə müraciət ediblər və onların istefa ərizəsi qəbul olunub.

“Neftçi” rəhbərliyi C.Sultanov və F.Məmmədova xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.