İQTİSADİYYAT


Neftin qiyməti mart ayından sonrakı ən pis ayını keçirir

Bakı, 30 oktyabr, AZƏRTAC

Birjalarda neft qiymətləri mart ayından sonrakı ən pis ayını keçirir.

AZƏRTAC xəbər verir ki, neft qiymətləri bu ay ərzində 9,3 faiz ucuzlaşıb və mart ayından bəri ən pis aylıq göstərici qeydə alınıb.

“Qara qızıl”ın qiyməti ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının avtomobil və aviasiya sənayesində yanacaq tələbatı ilə bağlı narahatlıqları artırması fonunda mart ayından bəri ən böyük aylıq itkisinə hazırlaşır.

Nyu-York bazarında fyuçers müqavilələri ay ərzində 9,3 faiz ucuzlaşıb və London birjasında isə may ayından bəri ən aşağı göstərici qeydə alınıb.

Avropadakı bəzi bölgələr daha sərt karantin tədbirləri görsələr də, ABŞ-ın mərkəzi və qərb bölgələrində virusa yoluxma halları rekord səviyyəyə çatıb. Liviyada neft istehsalın artması isə tədarük bolluğu ehtimalı ilə bağlı narahatlıqları artırıb.

Ekspertlərin fikrincə, ABŞ-da gələn həftə keçiriləcək seçkilər isə “OPEC+”un noyabr ayının sonunda təşkil ediləcək iclası ərəfəsində bazarlarda volatilliyi artıracaq. Digər tərəfdən “Saudi Aramco”ya görə, tələbat “OPEC+”un qəbul edəcəyi daha çox neft hasilatını təmin edə bilməyəcək.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 37,10 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 35,64 dollara alıcı axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.