CƏMİYYƏT
Nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini yaxalanıb
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 1-də saat 14 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində bir nəfərin Mingəçevir şəhər sakini K.Atayevin “VAZ-2106” markalı avtomobilini qaçırmağa cəhd göstərməsi, idarə edərkən onu hasara vurması və avtomobildən düşərək qaçması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov Yevlax Rayon və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Onun Mingəçevir şəhəri ərazisindəki iki evdən və bir avtomobildən velosiped, pul, ətir və eynək oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.