CƏMİYYƏT


Nərimanov rayonunda kafedə baş verən yanğın nəticəsində üç nəfər ölüb

Bakı, 3 noyabr, AZƏRTAC

Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 kvadratmetr olan kafedə yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə nəticəsində kafe 10 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş üç nəfərin - 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və hazırda şəxsiyyəti dəqiqləşdirilən daha bir nəfərin meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.