MƏDƏNİYYƏT


Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilən qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialı ilə birgə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar qəzəl müsabiqəsinin yekun mərhələsini keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin yekun mərhələsi Mədəniyyət evində təşkil olunub.

İlk olaraq aparıcı Bilqeyis Səfərova Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib. 65 və 317 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət müsabiqə iştirakçıları Nəsiminin qəzəllərini gənc və istedadlı tar ifaçısı Kamran Babayevin müşayiəti ilə ifa ediblər.

Müsabiqə iştirakçıları Mədəniyyət evi, kitabxananın əməkdaşları və məktəbin ədəbiyyat müəllimlərindən təşkil edilmiş münsiflər heyəti tərəfindən dinlənilib.

Münsiflər heyətinin yekun qərarı ilə qaliblər seçilib.

Qeyd edək ki, qaliblərə diplomlar və fəxri fərmanlar aprelin 19-da 65 nömrəli tam orta məktəbdə keçiriləcək “Oxu günü”ndə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.