İDMAN


Niderland yığmasının hücumçusu Memfis Depay yeni rekorda imza atıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Niderland yığma komandasının hücumçusu Memfis Depay yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, o, buna dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Cəbəllütariq ilə oyunda nail olub. Belə ki, futbolçu komandasının 6:0 hesabı ilə qalib gəldiyi matçda dubl edərək qolların sayını 14-ə çatdırıb. Bununla da, 27 yaşlı hücumçu 2021-ci ildə milli komandada ən çox qol vuran futbolçu kimi yeni rekord müəyyənləşdirib.

Komandanın heyətində bundan əvvəlki rekord Patrik Klyuvertə (12 qol) məxsus olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.