CƏMİYYƏT
Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib VİDEO
Bakı, 24 may, AZƏRTAC
Son bir həftə ərzində Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Saxlanılan şəxslər birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.
Aşkarlanan bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.