CƏMİYYƏT


Normadan artıq vitamin qəbulu orqanizmə zərər verə bilər

Bakı, 10 avqust, AZƏRTAC

Vitaminlər insan orqanizmi üçün vacibdir. Sağlam qidalar və pəhriz bədənin vitamin ehtiyacını balanslaşdırır. Hamiləlik və qocalıq kimi dövrlərdə, xəstəliklər və immunitet səviyyəsinin aşağı olduğu vaxtlarda dərman müalicəsi ilə əlavə vitamin qəbul edilə bilər.

AZƏRTAC “Study Finds”ə istinadla bildirir ki, vitaminlər sağlam həyatın əhəmiyyətli parçasıdır. Bəzi vitaminlər orqanizmdə sintez olunsa da, onların əksəriyyəti sağlam qidalardan alınır. Lakin normadan artıq vitamin qəbulu orqanizmə zərər verə bilər.

Orqanizmdə D vitamininin artması kalsiumun çoxalmasına səbəb olur, bu da ürək xəstəlikləri və böyrək daşı problemləri yaradır. A vitamini normadan artıq qəbul edildikdə dərinin qurumasına, soyulmasına, kəllədaxili təzyiqin artmasına, baş ağrılarına və görmə problemlərinə səbəb ola bilər. Həddindən artıq E vitamini ürək xəstəlikləri, insult, demans, xərçəngə meyillilik halları yarada bilər. Orqanizmdə C vitaminin artması dəridə yağlanmanı artırır, sızanaq problemi yaradır. K vitamini normadan artıq olarsa, qan laxtalanması ilə bağlı xəstəliklərə səbəb olur.

Mütəxəssislər balanslı və sağlam qidalanma ilə bədənin vitamin ehtiyacının qarşılanmasını tövsiyə edir. Yaşlılıq, xəstəliklər və ya dərman müalicəsi nəticəsində vitaminə ehtiyac arta bilər. Bu kimi hallarda mütəxəssisə müraciət daha məqsədə uyğundur. Vitaminlərin səviyyəsi qan analizi vasitəsilə müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.