İQTİSADİYYAT


Növbəti ixrac missiyası Çinə gedir

Azərbaycan məhsulları Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində nümayiş olunacaq

Bakı, 27 avqust, AZƏRTAC

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin məhsulları Urumçidə keçiriləcək "Çin-Avrasiya" sərgisində də nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.