DÜNYA
Nur-Sultanda Türkiyənin Cümhuriyyət Gününə həsr olunmuş “Bayrağı uca, böyük ölkə” adlı tədbir keçirilib
Nur-Sultan, 29 oktyabr, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası və Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyənin Cümhuriyyət Gününə həsr olunmuş “Bayrağı uca, böyük ölkə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici, Qazaxıstan Xalq Assambleyasının sədr müavini Janseyit Tuymebayev, Türk Ağsaqqallar Şurasının üzvü Adil Ahmetov, dövlət və ictimai xadimlər, alimlər, ziyalılar və media rəhbərləri, eləcə də Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin müəllimləri iştirak ediblər.
Konfransda Mustafa Kamal Atatürk haqqında film nümayiş olunub, Türkiyənin Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin tələbələri Atatürk haqqında şeirlər söyləyiblər.
Tədbirdə çıxış edənlər Aralıq dənizindən Altaylara qədər yaşayan türkdilli xalqların hər zaman birlik olmalarının vacibliyi vurğulanıb.
Tədbirdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk haqqında kitab sərgisi də təşkil olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan