MƏDƏNİYYƏT


Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq

Bakı, 7 dekabr, Aygün Həsənova, AZƏRTAC

Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.

AZƏRTAC xəbər verir ki, veriliş bu gün Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanacaq.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, repertuarından mahnılar səsləndiriləcək. Həmçinin sənətkarın qızı Rəşidə Rəşid canlı telefon bağlantısı ilə efirdə atası ilə bağlı xatirələrini bölüşəcək.

Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php  bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.