SİYASƏT


Nyu-Yorkda GUAM+Yaponiya formatında nazirlərin görüşü keçiriləcək

Kiyev, 22 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının sentyabrın 24-də Nyu-Yorkda keçiriləcək 73-cü sessiyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri+Yaponiya formatında görüş keçiriləcək. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə GUAM dövlətləri ilə Yaponiya arasında siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 47-ci iclası keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.