DÜNYA


OPEC-ə üzv ölkələrin növbəti görüşünün iyulda keçiriləcəyi gözlənilir

Ər-Riyad, 16 iyun, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrin növbəti görüşünün iyulun əvvəlində keçirilməsi gözlənilir.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh məlumat verib.

Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşündə iştirak edən Xalid əl-Falehin sözlərinə görə, iyulun birinci həftəsində keçiriləcək görüşdə neft hasilatının həcminin ixtisarı üzrə sazişin uzadılması barədə konsensusa gələ biləcəklərinə ümid bəslədiyini söyləyib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.