İQTİSADİYYAT


OPEC üzrə sutkalıq neft hasilatı azalacaq

Bakı, 8 may, AZƏRTAC

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft istehsalının sutkada 30,3 milyon barrel olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, gələn il üçün isə OPEC üzrə hasilatın gündəlik 29,8 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 534 min barrel azalaraq sutkalıq 30 milyon 20 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,2 faizə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.