İDMAN


“Odlar Yurdu” komandasının Avropa Klubları Kubokunda ilk rəqibləri müəyyənləşib

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bu gün Porto-Karrasda (Yunanıstan) Avropa Klubları Kubokunun ilk oyunları keçiriləcək. Turnirin startına kişi şahmatçılardan 61, qadınlardan isə 12 komanda çıxacaq.

AZƏRTAC xəbər verir ki, yarışlar İsveçrə sistemi üzrə 7 turda keçiriləcək.

Kişi şahmatçıların start siyahısına Makedoniyanın “Alkaloid” (Dmitri Andreykin, Din Lijen, Pavel Elyanov, Dmitri Yakovenko, Yuri Krivoruçko, Trayko Nadev, Filip Pançevski, Yuy Yanı), Çexiyanın “AVE Novy Bor” (Radoslav Voytaşek, Pentala Xarikrişna, David Navara, Santoş Vidit, Krişnan Saşikiran, Markus Raqqer, Viktor Lazniçka, Mateuş Bartel) və Azərbaycanın “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Cahangir Ağarəhimov) komandaları başçılıq edir.

Qadın şahmatçılar arasında reytinq-favoritlər Gürcüstanın “Nona” (Nana Dzaqnidze, Nino Batsiaşvili, Bela Xotenaşvili, Lela Cavaxişvili, Salome Melia) və Monakonun “Cercle d'Echecs de Monte-Carlo” (Elmira Skripçenko, Deymante Kornet, Pia Kramlinq, Monika Soçko və Anna Muzıçuk) komandalarıdır.

Qadınların yarışmasında Azərbaycanın “Odlar Yurdu” komandası (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) medallar uğrunda mübarizə aparacaq.

Birinci turda kişi şahmatçılardan ibarət təmsilçilərimiz Finlandiyanın “SK Comeon”, qadın şahmatçılarımız isə Sloveniyanın “ZSK Maribor” komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Nərgiz Umudova Belçikanın “Echiquier Amaytois” komandasının idman şərəfini qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.