REGİONLAR


Oğuzlu fermerlər indiyədək 76,3 ton quru tütün istehsal ediblər

Oğuz, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il oğuzlu fermerlər 67 hektar sahədə tütün yetişdiriblər. Sahələrin hamısına “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 10 fermerlə müqavilə bağlanılıb. Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Dərilən yaş tütün qurudulmaq üçün Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə göndərilir. İndiyədək bu məntəqələrdə oğuzlu fermerlərə məxsus 76,3 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, rayonun təsərrüfatlarında payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılması da davam edir. İndiyədək təsərrüfatlarda 12,8 min hektar sahədə şum aparılıb. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 17 min hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Payızlıq dənlilərin səpininə oktyabrın birinci ongünlüyündə başlamaq nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.