İQTİSADİYYAT


Oktyabrda Daşkənddə Türk Şurasının üzvü olan dövlətlərin iştirakı ilə biznes forum keçiriləcək

Daşkənd, 19 sentyabr, АZƏRTAC

Oktyabrın əvvəlində Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin iştirakı ilə biznes forum keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin əməkdaşı Cahangir Xudayxocayev deyib.

Özbəkistan Ticarət-Sənaye Palatası ilə birgə keçiriləcək biznes forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcək.

Xatırladırıq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 14-də ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlüyü ilə bağlı parlamentin parafladığı Qanunu imzalayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.