İQTİSADİYYAT


Ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmləri müzakirə edilib

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (ASTA) görüşü təşkil olunub.

ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə ASA və ASTA-nın səfər sığortasının inkişaf perspektivləri və bu sahədə problemli məqamların müəyyən olunması, həmçinin qarşılıqlı münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Bununla yanaşı, ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi, səfər sığortasının icbari qaydada tətbiqi, bu istiqamətdə işlər üzrə ASAN Viza, həmçinin turizm şirkətləri və tur operatorlarla əməkdaşlıq etmək məsələləri geniş müzakirə olunub.

ASTA-nın rəhbərliyi tərəfindən turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyət sığortasının müəyyən edilməsi barədə təklif səsləndirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda həm ölkə hüdudlarından kənara gedən, həm də ölkə daxilində istirahət məqsədilə səfər edən vətəndaşlara səfər sığortasının əldə edilməsinin tövsiyə olunmasına dair qərar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.