Omanda qaya uçqunu daş karxanasında faciəyə səbəb olub
AzerTAg.az

Qahirə, 31 mart, AZƏRTAC
Omanın şimal-qərbindəki bir karxanaya nəhəng qaya parçalarının düşməsi ilə nəticələnən uçqun azı 10 nəfərin ölməsinə səbəb olub.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, bu barədə Omanın Xilasetmə Xidməti məlumat yayıb.
Omanın Təcili Tibbi Yardım İdarəsi isə məlumat verib ki, paytaxt Muskatdan gələn xilasedicilər faciənin baş verdiyi İrbi rayonundakı karxananın dağıntıları altında qaldığı güman edilən daha dörd nəfərin axtarışını davam etdirirlər. Həyatını itirən fəhlələrin yarısının Asiya ölkələrindən olduğu bildirilib.
Məlumatda Əl-Dhahirah əyalətindəki dağ yamacının bir hissəsində başlayan torpaq sürüşməsinin sonradan qaya uçqununa səbəb olduğu qeyd edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var