REGİONLAR
On ayda Qəbələdə 5,3 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən iri və orta sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 36 milyon 876,5 min manatlıq məhsul istehsal olunub. On ayda rayonda 5 milyon 295,9 min manatlıq sənaye məhsulu ixrac olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir. İxracatda fındıqçılıq və konserv məhsulları xüsusi yer tutur.
Müddət ərzində rayonda istehsal olunan sənaye məhsulunun 15,5 faizi dövlət, 84,5 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.