İQTİSADİYYAT


On bir ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,8 faiz artıb

Bakı, 22 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 7944,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5793,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9 faizini təşkil edib.

On bir ayda xidmət subyektlərində hər bir ölkə sakini orta hesabla 809,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 35,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.