CƏMİYYƏT


Oqtay Şirəliyev: "Sinovac" şirkətinin vaksini kifayət qədər effektlidir VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Dünyada bir neçə müasir şirkət COVID-ə qarşı vaksin istehsal edib. Bütün ölkələr də öz əhalisini vaksinasiyadan keçirmək istəyir. Əksər ölkələrə növbə ilin sonuna, bəlkə də gələn ilə çatacaq, bundan tez olmayacaq. Lakin bizim ölkə rəhbərinin nüfuzu sayəsində demək olar ki, bütün firmalarla danışıqlar aparılıb. İstehsal olunan vaksinlərin xüsusiyyətləri, keyfiyyəti dəqiq öyrənilib. Mütəxəssislər də qərara gəldilər ki, Azərbaycan üçün ən yaxşı vaksin Çinin "Sinovac" şirkətinin vaksinidir. Qardaş Türkiyədə də həmin vaksindən istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib: "Ölkə rəhbərinin də tapşırığı o idi ki, ilk növbədə, vaksin təhlükəsiz olmalıdır. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Bu, ən vacib məsələ idi. İkinci məsələ isə onun kifayət qədər effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin vaksin çox effektlidir. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, amma onlar bu xəstəliyi çox yüngül keçirdirlər. Bunların hamısı nəzərə alınaraq bu vaksin seçildi. Həmin peyvənd artıq Azərbaycandadır və bu gündən ölkəmizdə vaksinasiya kampaniyasına başlanılıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.