REGİONLAR


Ordubad rayonunda ümumtəhsil məktəblərinin sinif rəhbərlərinin iştirakı ilə tədris-metodik toplantı olub

Ordubad, 9 sentyabr, AZƏRTAC

Mülki müdafiə dərslərinin keçirilməsinin əsas xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Dərslər zamanı şagirdlərin fərdi xarakterləri nəzərə alınmaqla onlarda mülki müdafiə fənninə maraq artırmaq mümkündür.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə keçirilən tədris-metodik toplantıda səsləndirilib.

Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərində tədris olunan mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərin bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarətdir.

Qeyd olunub ki, təsdiqlənmiş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçilir. Mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci, 6-cı siniflərdə isə birinci yarım ilində tədris olunur. Bu məqsədlə Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, əyani vəsaitlər, slaydlar və videomateriallar məktəblərə təqdim edilib.

Sonra bir sıra mövzularda mühazirələr dinlənilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.