Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir.

Ali Məclisin Sədri deyib: Ulu Öndərin müəllifi olduğu dövlət quruculuğu strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik və əmin-amanlıqdır. Dövlət başçısının qayğısı ilə digər sahələrlə yanaşı, polis orqanları üçün də müasir iş şəraiti yaradılmış, maddi-texniki baza təkmilləşdirilmişdir. Bütün bunlar da polis orqanlarının peşəkar kadrlarla təminatını zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Qeyd olunub ki, Orta İxtisas Polis Məktəbinin yaradılması mühüm əhəmiyyətə malikdir. Orta İxtisas Polis Məktəbi hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyəcəkdir. Məktəb fəaliyyətə başladığı tarixdən böyük marağa səbəb olub, ötən dövrdə qəbul üçün 150-dən çox müraciət edilib. Qanunvericilikdə nəzərdə tutulmuş normativlərə uyğunluq yoxlandıqdan və imtahanlardan sonra 25 kursant məktəbə qəbul olub.

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədаqətli olmaqdan, vəzifə və vətəndаşlıq bоrcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz. Məktəb lazım olan ən müasir tədris şəraitinə malikdir. Bu da zabit və müəllim heyəti üçün geniş imkanlar açır. Ona görə də tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçilməlidir. Kursantlara vətənpərvərlik hissləri aşılanmalı, onlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməlidirlər. Xidməti vəzifələrə məsuliyyətlə yanaşmaq, mətinlik, fiziki dözümlülük və peşəkarlıq ön plana çəkilməli, hər bir kursant nəzəri və praktik biliklərlə yanaşı, həm də ümumi intellektual təfəkkürə malik kadrlar kimi hazırlanmalı, qanunvericilik bazası dərindən öyrənilməlidir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məktəbin fəaliyyətinin təmin olunması sahəsində bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməli, tədrisin keyfiyyəti yüksəldilməlidir. Muхtаr rеspublikаda polis оrqаnlаrının mаddi-tехniki bаzаsı ən müаsir səviyyəyə çаtdırılıb. İstər nazirlik, istərsə də bütün ərаzi pоlis оrqаnlаrı üçün müasir iş şəraiti olan inzibаti binаlаr istifadəyə verilib. Kursantların gələcəkdə səmərəli fəaliyyət göstərməsi üçün lazımi imkanlar vardır. Daxili İşlər Nazirliyi muxtar respublikanın digər hüquq-mühafizə orqanlarında da orta rəis heyətinə olan tələbatı öyrənməli, kursantlar maraqlarına və potensiallarına uyğun sahələrə yönəldilməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, Orta İxtisas Polis Məktəbinin müəllim, kursant və zabitlərini bir daha yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək deyib ki, bu gün muxtar respublikada sabitlik, təhlükəsizlik və hərtərəfli inkişaf davamlı xarakter alıb. İctimai-siyasi və sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Son iki ildə Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün alınan xüsusi-texniki avadanlıqlar, avtomobil texnikaları, şəxsi heyətin iş şəraitinin yüksəldilməsi üçün nazirliyin inzibati binasında həyata keçirilən əsaslı təmir-tikinti işləri böyük qayğının əyani ifadəsidir. Orta İxtisas Polis Məktəbinin yaradılması da muxtar respublikanın təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu gün məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi kursantların, eləcə də sıravi və kiçik rəis heyətindən olan dinləyicilərin yüksək səviyyədə təhsil alması ilə yanaşı, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsinə, innovativ düşüncənin və rəqabətədavamlı biliklərin əldə olunmasına, müasir texnologiya və informasiya mühitində sərbəst davranışın təşviqinə, həmçinin günün nizam qaydalarına uyğun vaxtlarının səmərəli təşkilinə töhfə verəcəkdir.

Fazil Ələkbərov Daxili İşlər Nazirliyinin şəxsi heyətinin bundan sonra da ulu öndər Hеydər Əliyеvin ideyalarınа sаdiq qаlаraq muxtar respublikada sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcəklərini bildirib, göstərilən qayğıya görə minnətdarlıq edib.

Kursant Həsən Həsənli çıxış edərək deyib: “Muxtar respublikada gənclərin sağlam və vətənpərvər ruhda böyümələri və yüksək səviyyədə təhsil almaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qeyd olunanların bariz nümunələrindən biri də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılmasıdır. Ali Məclisin Sədri çıxışlarının birində demişdir: “Gənclərin bir yolu var, bu yol ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”. Bu fikirlər kursantların əsas fəaliyyət istiqamətidir. Mən polis ailəsində böyümüşəm. Uşaq yaşlarımdan polis olmaq arzusunda olmuşam. Mənim və kursant yoldaşlarımın, eləcə də gələcək illərdə Orta İxtisas Polis Məktəbinə qəbul olacaq yüzlərlə gəncin arzuları reallığa çevrilib. Yaradılan yüksək şəraitə görə minnətdarlığımızı bildirir və söz veririk ki, peşəkar polis zabiti kimi yetişəcək, gələcək xidmətimizdə dövlətçiliyə daim sadiq qalacağıq”.

Sonra Ali Məclisin Sədri Orta İxtisas Polis Məktəbinin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib, yeni tədris kompleksinin açılışını edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəb kompleksi tədris korpusundan, yeməkxana və yataqxana binalarından ibarətdir. Tədris korpusunda auditoriyalar, 3 elektron lövhəli sinif, xüsusi hazırlıq fənləri üçün kabinələr, kompüter sinfi, kriminalistik laboratoriya, tibb otağı, 90 yerlik iclas zalı və 3 min kitab fondu olan kitabxana yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən siyasi ədəbiyyatlar, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Binanın inzibati hissəsində əməkdaşlar üçün xidməti otaqlar, növbətçi hissə, müşavirə və server otaqları mövcuddur. Məktəbdə sıravi və kiçik rəis heyətinin ilkin hazırlıq kursunun səmərəli təşkili üçün də hərtərəfli şərait yaradılıb.

Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti kabinəsində müasir sürücü təlim simulyatoru quraşdırılıb. Bildirilib ki, texniki göstəriciləri və parametrləri avtomobillə eynilik təşkil edən simulyator müxtəlif yol və hava şəraitində təlimin keçirilməsinə imkan verir. Yol hərəkətinin təşkili və nizamlanması istiqamətində inspektorların hazırlanmasında mühüm əhəmiyyətə malik olan simulyator idarəetmə və nəzarət panelindən ibarətdir. Təlim zamanı sürücünün avtomobili idarə etməsini fərqli kameralardan izləmək və onun idarəetmə bacarığını yoxlamaq mümkündür.

Kompleksdə kursantlara praktiki təlim atışlarını və mürəkkəb əməliyyat şəraitində çevik qərar qəbuletmə vərdişlərini öyrətmək məqsədilə texnologiyanın ən müasir növləri ilə təchiz edilmiş interaktiv atəş hazırlığı sinfi, eləcə də çoxfunksiyalı idman alətləri ilə təmin olunmuş qapalı idman zalı qurulub. Qeyd olunub ki, interaktiv atəş sistemi kompüter, proyektor və lazer başlıqları quraşdırılmış silahlardan ibarətdir. Düzgün nişanalma və hədəfin kəşf olunması qaydaları, praktiki atəşin yerinə yetirilməsi və səhra şəraitində atəş tapşırıqlarının icrası müxtəlif mərhələlər vasitəsilə sursat sərf etmədən kursantlara öyrədiləcəkdir. Bu sistemin əsas üstün cəhətlərindən biri də kursantlara interaktiv videolar vasitəsilə müxtəlif şəraitlərdə düzgün və ani qərar qəbuletmə vərdişlərinin aşılanmasıdır. Eyni zamanda, muxtar respublikanın əməliyyat şəraitinə uyğun videoların hazırlanması, sistemə inteqrasiyası və öyrədilməsi də mümkündür. Praktik atəşdən sonra bütün qiymətləndirmələr kompüterin yaddaşında elektron lövhəli sinfə köçürülür ki, bu da yol verilən nöqsanların təhlil olunmasına imkan verir.

130 yerlik yataqxana binası mebel və yataq dəstləri ilə təmin edilib, kursantlar üçün məişət və istirahət guşəsi yaradılıb. Həmçinin binada bərbər və dərzi otaqları, anbarlar, hamam və çamaşırxana istifadəyə verilib. 160 nəfərlik yeməkxanada kursant və zabitlər üçün ayrı zallar, mətbəx, ət və tərəvəz məhsullarının emalı otaqları, ərzaq və əşya anbarları vardır.

Ali Məclisin Sədri tədris prosesində elektron dərsliklərdən istifadə olunması, kursantların atəş hazırlığına və qidalanmasına diqqətin artırılması, eləcə də yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Məktəbin həyətində sıra təlimi meydançası yaradılıb, fiziki hazırlıq məşğələlərinin təşkili üçün açıq idman qurğuları qoyulub, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub