Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

Bakı, 24 may, AZƏRTAC 

Səs pozulması-insanın yaşına, cinsiyyətinə uyğun olmayan, sosial həyatına mənfi təsir edən əlamətdir. Yəni, istəmədən diqqət çəkən səslər anormal hesab edilir. Bu səslər cəmiyyətdə fərqli adlandırılır. Bunlar səs batması, kobud, xırıltılı, boğuq, qalın, incə, yorğun kimi səslərdir. Çox vaxt səslərindəki dəyişiklik insanları narahat etsə də bunu ötəri hal kimi qəbul edir, həkimə müraciət etməyi lazım bilmirlər. Bütün xəstəliklərdə olduğu kimi səs problemlərində də erkən diaqnostika və erkən dövrdə müalicə daha tez və effektiv nəticələr almağa kömək edir. Xüsusilə orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəli olan xərçəngönü xəstəliklərin və ya qırtlaq xərçənginin əlaməti ola bilər. Bu səbəbdən şikayətləri olanların, artmasını gözləmədən dərhal həkimə müraciət etmələri məsləhət görülür.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Afaq Abbasova bildirib.

-Səs pozulmalarının səbəbləri nələrdir?

-Səs pozuntuları qırtlaq, burun və hətta ağciyər xəstəliklərində də görülür. Bir sıra baş, boyun əməliyyatlarından, tiroid cərrahiyyəsindən sonra da səs pozulmalarına rast gəlinir. Bunun ən çox görülən səbəbləri arasında qastroözofageal reflyuks xəstəliyini misal çəkmək olar. Bu xəstəlik zamanı mədə turşuluğu artır və turşuluq geriyə, boğaza atılır. Qastroözofageal reflyuks xəstəliyinin səs pozulmasına səbəb olması geniş yayılsa da çox vaxt diqqətdən yayınır. Bunlardan başqa, işi birbaşa səsi ilə bağlı olan insanlarda uzun müddət yanlış səs istifadəsi də bu kimi xəstəliklərə səbəb ola bilər.

-Səs tellərindəki problemlər hansılardır?

-Bu çox fərqli səbəblərdən baş verə bilər. Lakin insanların qarşılaşdıqları nəticə, yəni şikayətlər oxşardır. Bunlar səsim dəyişib, batıb və ya çıxmır kimi şikayətlərdir. Bu qısa müddətli soyuqlamalar, soyuqdəymə nəticəsində iltihablaşma və ya qeyd etdiyim kimi mədə turşuluğu ola bilər. Bu zaman səs tellərinin arxa hissəsində turşunun aşılayıcı təsirindən dəyişikliklər baş verir ki, bu da asan müalicə olunur. Bu problemlər səsin yanlış istifadəsinə bağlı olan səs tellərinin düyünü, polipi, kistası da ola bilər. Lakin səs telinin iflici, xərçəng kimi daha ciddi xəstəliklərin də ilk əlaməti səs batmasıdır. Yəni şikayətin eyniliyinə baxmayaraq diaqnozlar fərqlidir. Bu zaman diaqnozdan asılı olaraq yanaşma və müalicə üsulları müxtəlif olur. Səsdə bir həftədən artıq davam edən dəyişiklik, qısamüddətli səs batmaları, boğazda yad cisim hissiyyatı, bir müddət danışdıqdan sonra və ya günün sonunda boğazda yorğunluq, gücsüzlük hissi, ani səs dəyişikliyi olduqda həkimə müraciət etmək mütləqdir. Bu kimi problemlərlə qarşılaşanlar ilk növbədə işi səslə bağlı olanlardır. Normal halda insanlarda 10 faiz rast gəlinən səs problemləri işi səsi ilə bağlı olanlarda 50 faiz təşkil edir. Bunun qarşısını almaq üçün ilk növbədə səs gigiyenasına diqqət yetirilməlidir. Səs gigiyenası-səsə mənfi təsir edən amilləri aradan qaldıraraq səsi qorumaq tədbirləridir. Bunlar yetərli su qəbulu, otaqda havanın nəmləndirilməsi, səs-küylü yerlərdə daha az danışmaq, siqaret kimi pis vərdişlərdən imtina etmək, stressdən mümkün qədər uzaq olmaq, yuxu saatlarına düzgün əməl etmək və istifadə olunan dərmanlara diqqət yetirməkdir.

-Yanlış səs istifadəsi nədir?

- Qışqırmaq, ucadan, fısıltı ilə, uzun müddət uyğun olmayan tezlikdə, yəni daha incə və ya daha qalın səslə və ya çox sürətli danışmaq, uşaqlar arasında tez-tez rast gəlinən səs təqlidləri yanlış səs istifadəsidir. Bu cür səs istifadəçilərində funksional səs pozulmalarına və alışqanlıq uzun müddət davam edərsə xoşxassəli qırtlaq törəmələri yarada bilər.

-Belə olan hallarda hansı müalicə üsulları tətbiq edilir?

-Səs xəstəliklərində səbəbindən asılı olaraq dərman müalicəsi, cərrahi əməliyyat və ya səs terapiyası tətbiq olunur. Bəzi hallarda bu müalicələr birgə aparılır.

-Səs terapiyası nədir?

-Bu müalicə üsulunda xəstəyə düzgün səs davranışı, yəni düzgün səs istifadəsi öyrədilir və bu davranışın gündəlik həyatda tətbiqinə nail olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib