İQTİSADİYYAT
Orxan Məmmədov: “Əminik ki, “Sahibkar Evləri” ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Kiçik və Orta Biznes Evləri”nin yaradılması ilə bağlı işlər aparılır. Bu evlərdə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının G2B xidmətləri və B2B xidmətləri operativ şəkildə təmin ediləcək, sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanıb. Əminik ki, bu Sahibkar Evləri ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcək", - deyə O.Məmmədov diqqətə çatdırıb.