ELM VƏ TƏHSİL


Ötən ay xaricdə təhsil alan 243 nəfərin diplomu tanınıb

Ötən ay xaricdə təhsil alan 243 nəfərin diplomu tanınıb

Bakı, 3 fevral, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yanvar ayında tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində 297 müraciətçidən 243-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 54 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 14, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiya Federasiyasından 102, Ukraynadan 78, Türkiyədən 53, Belarusdan 20, Gürcüstandan 15, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 35, iqtisadiyyat üzrə 26, menecment üzrə 25, tibb üzrə 23, bizensin idarə edilməsi üzrə 21, maliyyə üzrə 21 müraciətçi qeydə alınıb.

Sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.