İQTİSADİYYAT
Ötən il "Elektron hökumət” portalına 114 yeni e-xidmət inteqrasiya edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Ötən il "Elektron hökumət” portalına 114 yeni e-xidmət inteqrasiya edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, "Elektron hökumət” portalında olan e-xidmətlərin sayı ümumilikdə 396-ya çatdırılıb. Bu göstərici ötən ilin yekunları ilə müqayisədə 40 faiz çoxdur.
2014-cü ildə əhali arasında "E-hökumət” portalına olan maraq xeyli artıb, istifadə sayı 5,8 milyonu, istifadəçilərin sayı isə 1,1 milyonu ötüb.
İl ərzində "Elektron hökumət” quruculuğu ilə bağlı bir sıra işlər görülüb və əhəmiyyətli layihələr həyata keçirilib. Yeni qurumlar və xidmətlər portala inteqrasiya olunub, struktur bölmələr yaradılıb, portalın geniş ictimaiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirilib.