CƏMİYYƏT
Özbəkistan portalları: Ermənistanın Gəncə və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması cinayətdir
Daşkənd, 14 oktyabr, АZƏRTAC
Özbəkistanın “Interpress.uz”, “fikr.uz”, “korrespondent.uz”, “qalampir.uz”, “daryo.uz” və “azon.uz” portalları öz səhifələrində Ermənistan silahlı qüvvələrinin Gəncə və Mingəçevirin mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr yerləşdirib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə oktyabrın 12-də Moskvada humanitar atəşkəs rejimi ilə bağlı əldə olunmuş razılaşmanın Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raket atəşinə tutulması nəticəsində
dinc sakinlərin öldüyü və yaralandığı barədə məlumatlar yer alır. Saytlar bildirir ki, cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və Mingəçevirin raket atəşinə tutulması hərbi cinayətdir və Ermənistan buna görə cavab verməlidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd