MƏDƏNİYYƏT


Özbəkistanda keçirilən II Beynəlxalq Baxşı Festivalında Azərbaycan da təmsil olunur

Nukus, 18 sentyabr, AZƏRTAC

Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi Nukus şəhərində II Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılıb.

Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi saz ustası Mübariz Əliyev təmsil edir.

Tədbirin açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.

Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilib.

Mübariz Əliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, o, festivalda aşıq mahnıları və “Aşıq Qərib” dastanından hissələr ifa edəcək.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Nukus

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.