REGİONLAR


Pakistanlı iş adamları ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

Bakı, 18 avqust, AZƏRTAC

Pakistanın bir neçə şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, qida, tikinti, mebel və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə ölkəmizdə sənaye zonaları və aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları barədə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb və sənaye zonaları və aqroparklarda mövcud biznes mühitindən yararlanmağa dəvət edilib.

Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə və Sənaye Parkının rezidenti “ALCO” MMC-də istehsal prosesi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.