ELM VƏ TƏHSİL


Pakistanlı tədqiqatçının www.globalnewspakistan.com saytında Azərbaycan həqiqətləri haqqında məqaləsi yer alıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Pakistanlı tədqiqatçı Adel Muxtar Mirzənin www.globalnewspakistan.com saytında Azərbaycan həqiqətləri haqqında məqaləsi yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün qətiyyətli mübarizə aparır, başqa bir tələbi yoxdur. Dünyanın bir çox ölkələrinin media qurumlarında Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edilir. Belə dəstək yazılarından biri də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində DİA-nın rektoru, akademik Urxan Ələkbərovun elmi rəhbərliyi altında “Azərbaycanda davamlı inkişaf və iqlim dəyişikliyində rəqabət qabiliyyətinə xüsusi diqqət” mövzusunda elmi araşdırmalar aparan pakistanlı tədqiqatçı Adel Muxtar Mirzənindir.

Tədqiqatçı Adel Muxtar Mirzə Azərbaycanda olduğu müddətdə ölkənin uğurlarını, tarixini, mədəniyyətini, həqiqətlərini öz gözləri ilə görüb. Onun məqaləsinin yazılma səbəbi rasional düşüncəyə əsaslanan həqiqətin və ədalətin ifadəsidir. Onun www.globalnewspakistan.com saytında yer alan məqaləsində Pakistanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri diqqətlə izləməsindən, Gəncə, Tərtər və digər şəhərlər daxil olmaqla Azərbaycan ərazilərindəki mülki yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından, münaqişənin tarixindən bəhs edilir.

Məqalənin müəllifi bildirir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq baxımından da əsaslıdır. Məqalədə qeyd olunan fikir və arqumentlər beynəlxalq səviyyədə mötəbər hesab olunan analitik və akademik mənbələrə istinad edilməklə təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.