İDMAN


Paracüdo üzrə Bakıda keçiriləcək Qran-Pridə 43 ölkənin təmsilçiləri mübarizə aparacaqlar

Bakı, 11 yanvar, AZƏRTAC

Mayın 13-14-də Bakıda Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) paracüdo üzrə Qran-Pri yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək. Qran-Pridə qalib gələn idmançılar 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli reytinq xalları qazanacaqlar.

Turnirdə kişilər 60, 66, 73, 81, 90, 100 və 100 kiloqramdan yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiqlənib.

Qran-Pridə iştirak edəcək paracüdo üzrə milli komandamızın tərkibi fevralda keçiriləcək respublika çempionatının nəticələrindən sonra müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.