İDMAN


Paralimpiyaçılarımız “HANDIFLYEuroChallenge 2018” festivalında iştirak edəcəklər

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) baş katibi Kamal Məmmədovun rəhbərliyi altında idmançı və mütəxəssislərdən ibarət nümayəndə heyəti sayca üçüncü beynəlxalq idman paraşütü üzrə “HANDIFLYEuroChallenge 2018” festivalında iştirak üçün Moskvaya yola düşüb.

ARMPK-dan AZƏRTAC-a verilən məlumata görə, festival Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən “Кrutitsı” aviaklubunun bazasında keçiriləcək.

Festivalda Rusiya, Fransa, Yunanıstan, Xorvatiya, Makedoniya, Latviya, Belorusiya, İsveç, Türkiyə və Azərbaycandan olan 120 idmançı (onlardan 30-u əlil arabası istifadəçisidir) iştirak edəcək. Festivalda ölkəmizi paralimpiyaçı idmançılarımız, əlil arabası istifadəçiləri Aysel Əliyeva, Qəndaf Əkbərli və Mariya Samuylova təmsil edəcəklər. Komitənin mütəxəssisləri Leyli Yusifli, Azər Tapdıqov və Rüfət Hacılı idmançılarımıza dəstək olacaqlar. Onlar 3500 metr məsafədən təyyarədən paraşütlə tullanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.